ABŞ Prezidenti Yaxın Şərq üzrə danışıqların bərpası üçün İsrailin Baş naziri Binyamin Netanyahu və Fələstin Muxtariyyətinin Prezidenti Mahmud Abbasla sentyabr ayında görüş keçirəcək, bu barədə Britaniyanın "The Telegraph" nəşriyatı xəbər verib.
İsrailin BMT-dəki daimi nümayəndəsi Şalev sentyabr ayında Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının iclasında Prezident Obama və Fələstin və İsrail liderləri arasında görüşün mümkünlüyü barədə bildirib.
Görüş imkanları Netanyahunun Londonda, İsrailin Qərb sahilində Obama administrasiyasının dondurulmasını tələb etdiyi yəhudi qəsəbələrinin inşası məsələsində kompromisə getməyə hazır olması haqqında bəyanatından sonra yaranıb.
Bununla yanaşı, Böyük Britaniya, ABŞ və Fransanın Rusiya və Çin Tehranın nüvə proqramı üzrə danışıqlar aparmağa razı olmadığı halda, İrana qarşı ölkənin energetika sektoruna yönəlmiş sanksiyaların dördüncü raundunu qəbul etməsi gözlənilir.
"Əgər əlavə irəliləyiş olmasa, dünyanın İrana qarşı sanksiyaların vacibliyini qəbul etməli olduğunu hesab edirəm", - Böyük Britaniyanın Baş naziri Qordon Braun Londonda Netanyahu ilə mətbuat konfransında bildirib.
İsrail hökumətini danışıqlar bərpa edilmədən Obamanın Qərb sahilində yəhudi qəsəbələrinin inşasının dayandırılması tələbi təəcübləndirib. Netanyahu hökuməti ABŞ-dan və onun tərəfdaşlarından nüvə proramı İsraili təhlükə altında qoyan İrana qarşı təzyiqi gücləndirməyi tələb edib, "The Telegraph" yazır.
Obama administrasiyası fələstinlilərin və israillilərin maraqlarının gözlənilməsi ilə Yaxın Şərqdə sülh prosesini dəstəkləməyə hazır olduğunu bəyan edib.