...

ABŞ və İsrailin birgə təlim layihəsi – İrana qarşı psixoloji müharibənin yeni mərhələsi

Dünya xəbərləri Materials 8 Dekabr 2009 15:59 (UTC +04:00)
ABŞ və İsrailin İranın nüvə obyektlərinə hücuma hazırlıq üzrə istiqamətlənmiş birgə təlim layihəsi İran İslam Respublikasına qarşı yeni psixoloji müharibədir. Bu barədə çərşənbə axşamı İran XİN-in mətbuat xidmətinin nümayəndəsi Ramin Mehmanpərəst Tehrandakı mətbuat konfransında bildirib.
ABŞ və İsrailin birgə təlim layihəsi – İrana qarşı psixoloji müharibənin yeni mərhələsi

ABŞ və İsrailin İranın nüvə obyektlərinə hücuma hazırlıq üzrə istiqamətlənmiş birgə təlim layihəsi İran İslam Respublikasına qarşı yeni psixoloji müharibədir. Bu barədə çərşənbə axşamı İran XİN-in mətbuat xidmətinin nümayəndəsi Ramin Mehmanpərəst Tehrandakı mətbuat konfransında bildirib. Məlumatı ILNA agentliyi yayıb.

Mehmanpərəst əlvə edib ki, İran öz sərhədlərində vəziyyətə tamamilə nəzarət edir və heç bir dövlətin onun ərazi bütövlüyünü pozmaq imkanı yoxdur.

Mehmanpərəst onu da qeyd edib ki, İranın nüvə obyektlərinə hücum barədə informasiyalar dünya ictimaiyyətinin düşüncəsinə təsir etmək üçün reklam xarakterlidir. O həmçinin əlavə edib ki, əhalini qorxutmaq üçün başlanılmış bu informasiyaya - psixoloji müharibəyə diqqət ayırmağa dəyməz.

Xəbər lenti

Xəbər lenti