...

Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Dağlıq Qarabağ probleminə bağlıdır - Türkiyənin XİN rəhbəri

Dünya xəbərləri Materials 23 Dekabr 2009 16:02 (UTC +04:00)
Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Dağlıq Qarabağ probleminə bağlıdır - Türkiyənin XİN rəhbəri
Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Dağlıq Qarabağ probleminə bağlıdır - Türkiyənin XİN rəhbəri

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Brüsselə səfəri zamanı keçirdiyi mətbuat konfransında Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının Dağlıq Qarabağ probleminin həllinə bağlı olduğunu bildirib. Bu haqda Türkiyənin DünyaBulteni informasiya agentliyi məlumat verib.

"Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Dağlıq Qarabağ probleminə bağlıdır", - deyə Davudoğlu bildirib.

Davudoğlu onu da qeyd edib ki, Dağlıq Qarabağ probleminin həlli regionda stabilliyə də müsbət təsir edəcək.

"Hədəfimiz Qafqazda sülh və sabitliyin olmasıdır", - deyə nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti