...

İran Prezidenti Yeni il münasibətilə xristian ölkələrinin rəhbərlərini təbrik edib

Dünya xəbərləri Materials 2 Yanvar 2010 16:09 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad İsa Məsihin təvəllüdü və Yeni il münasibətilə xristian ölkələrinin rəhbərlərinə təbrik məktubu göndərib.
İran Prezidenti Yeni il münasibətilə xristian ölkələrinin rəhbərlərini təbrik edib

İran Prezidenti Mahmud Əhmədinejad İsa Məsihin təvəllüdü və Yeni il münasibətilə xristian ölkələrinin rəhbərlərinə təbrik məktubu göndərib. Bu barədə Trend İran televiziyasının rəsmi xəbər saytı İRİBNEWS-a istinadən məlumat verib.

"Heç şübhəsiz ki, bütün peyğəmbərlərin yolu insanların səadət və kamala çatmasına, əbədi sülh, ədalət və dostluğun qurulmasına yönəlib. Dünya ictimaiyyətini narahat edən hazırkı maliyyə böhranı, ictimai, siyasi və əxlaqi çatışmazlıqlar insanların bu yoldan uzaq düşmələri nəticəsində yaranıb", - məktubda deyilir.

"Ümid edirəm ki, 2010-cu il mənəviyyat, əxlaq, ədalətin artması və sabitliyin yaranması ilinə çevriləcək", - Əhmədinejadın təbrik məktubunda bildirilir.

Xəbər lenti

Xəbər lenti