...

İran Hərbi Dəniz Qüvvələrinin yeni nailiyyətlərindən biri açıqlanacaq

Dünya xəbərləri Materials 5 Yanvar 2010 13:35 (UTC +04:00)
ranın Silahlı Qüvvələrinin komandanı general-mayor Ətaullah Salehi bildirib ki, "Fəcr ongünlüyündən" öncə Hərbi Dəniz Qüvvələrinin yeni nailiyyətlərindən biri açıqlanacaq.
İran Hərbi Dəniz Qüvvələrinin yeni nailiyyətlərindən biri açıqlanacaq

İranın Silahlı Qüvvələrinin komandanı general-mayor Ətaullah Salehi bildirib ki, "Fəcr ongünlüyündən" öncə Hərbi Dəniz Qüvvələrinin yeni nailiyyətlərindən biri açıqlanacaq. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat yayıb.

Hər il İranda İslam İnqilabının ildönümü münasibəti ilə bəhmən ayının 12-dən 22-dək "Fəcr ongünlüyü" bayram tədbirləri keçirilir. Bu il "Fəcr ongünlüyü" fevral ayının 1-dən 12-dək qeyd olunacaq.

"Silahlı Qüvvələr hava hücumundan müdafiə sahəsində yeni nailiyyətlər əldə edib", - Salehi bu gün jurnalistlərə deyib.

Salehi yeni nailiyyətin mahiyyətini açıqlamayıb.

Xəbər lenti

Xəbər lenti