...

İran Prezidenti Əhmədinejadın Əfqanıstana səfəri başlayıb

Dünya xəbərləri Materials 10 Mart 2010 10:29 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejadın Əfqanıstana səfəri başlayıb. Bu barədə İran Prezident Aparatının rəsmi saytı məlumat yayıb.
İran Prezidenti Əhmədinejadın Əfqanıstana səfəri başlayıb

İran Prezidenti Mahmud Əhmədinejadın Əfqanıstana səfəri başlayıb. Bu barədə İran Prezident Aparatının rəsmi saytı məlumat yayıb.

Məlumata əsasən, Əhmədinejadı səfər zamanı İranın ali lideri Ayətullah Xamneinin beynəlxalq məsələlər üzrə nümayəndəsi Əli Əkbər Vilayəti, Nazirlər Kabinetinin bir neçə üzvü və parlament nümayəndələrindən bir neçə nəfər müşayiət edir.

Əhmədinejad birgünlük səfəri zamanı əfqanıstanlı həmkarı Həmid Kərzayi və Əfqanıstanın "Cihad" qruplarının (mübarizə qrupları) başçıları ilə görüşlər keçirəcək. Kabildə rabitə qovşağı və iranlılarla iş üzrə mərkəzin açılış mərasimində də iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti