...

Azərbaycan Fici ilə diplomatik əlaqələr qurdu

Dünya xəbərləri Materials 19 Mart 2010 02:38 (UTC +04:00)
18 mart tarixində Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində Azərbaycan Respublikası və Fici Respublikası arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanmışdır.
Azərbaycan Fici ilə diplomatik əlaqələr qurdu

18 mart tarixində Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində Azərbaycan Respublikası və  Fici Respublikası arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanmışdır. Bu barədə BMT yanında Daimi Nümayəndəliyinin yaydığı press relizdə deyilir.

Kommünikeni Azərbaycan Respublikası Hökuməti adından ölkəmizin BMT yanında Daimi Nümayəndəsi, Fövqəladə və Səlahiyyətli Səfir cənab Aqşin Mehdiyev, Fici Respublikası Hökuməti adından Fici Respublikasının BMT yanında Daimi Nümayəndəsi, Fövqəladə və Səlahiyyətli Səfir cənab Peter Tomson imzalamışlar.

Xəbər lenti

Xəbər lenti