...

Hazırda İran və ABŞ rəsmiləri arasında müzakirələr üçün şərait uyğun deyil - İranın XİN sözçüsü

Dünya xəbərləri Materials 20 İyul 2010 14:19 (UTC +04:00)
ABŞ-ın İran xalqına qarşı düşmənçilik mövqeyi, İrana qarşı tətbiq etdiyi sanksiyalar və İran vətəndaşlarına yönələn təhqiredici hərəkətləri göstərir ki, hazırda İran və ABŞ rəsmiləri arasında müzakirələr üçün şərait uyğun deyil.
Hazırda İran və ABŞ rəsmiləri arasında müzakirələr üçün şərait uyğun deyil - İranın XİN sözçüsü

ABŞ-ın İran xalqına qarşı düşmənçilik mövqeyi, İrana qarşı tətbiq etdiyi sanksiyalar və İran vətəndaşlarına yönələn təhqiredici hərəkətləri göstərir ki, hazırda İran və ABŞ rəsmiləri arasında müzakirələr üçün şərait uyğun deyil. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bu günkü həftəlik mətbuat konfransında jurnalistlərin "Kabildə keçirilən beynəlxalq konfrans çərçivəsində İran və ABŞ rəsmilərinin ikitərəfli görüşləri ola bilərmi?" sualının cavabında deyib. Bu barədə İranın İLNA xəbər agentliyi məlumat yayıb.

Mehmanpərəst ABŞ və İran arasında əlaqələrin normallaşmasının ABŞ-ın siyasətində edəcəyi dəyişikliklərdən asılı olduğunu deyib.

İranla ABŞ arasında münasibətlər 1979-cu ildə islam inqilabından az sonra, radikal gənclər tərəfindən Tehrandakı Amerika Səfirliyinin işçilərinin girov götürülməsindən sonra kəsilib.

Xəbər lenti

Xəbər lenti