...

İranın Parlament nümayəndələri Böyük Britaniyanın Tehrandakı səfirinin ölkədən çıxarılmasını tələb edir

Dünya xəbərləri Materials 28 İyul 2010 13:00 (UTC +04:00)
Böyük Britaniyanın Tehrandakı səfirinin İranın nüvə fəaliyyətlərinin sülhyönlü olmaması ilə bağlı iddialarına görə, Parlamentin bir qrup nümayəndəsi ölkənin Xarici İşlər Nazirliyindən səfirin ölkədən çıxarılmasını və bu ölkənin səfirliyinin Tehranda bağlanmasını tələb edir. Bunu İran Parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini İsmail Kövsəri deyib. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat yayıb.
İranın Parlament nümayəndələri Böyük Britaniyanın Tehrandakı səfirinin ölkədən çıxarılmasını tələb edir

Böyük Britaniyanın Tehrandakı səfirinin İranın nüvə fəaliyyətlərinin sülhyönlü olmaması ilə bağlı iddialarına görə, Parlamentin bir qrup nümayəndəsi ölkənin Xarici İşlər Nazirliyindən səfirin ölkədən çıxarılmasını və bu ölkənin səfirliyinin Tehranda bağlanmasını tələb edir. Bunu İran Parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini İsmail Kövsəri deyib. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat yayıb.

Kövsərinin sözlərinə görə, Britaniyanın İrana zidd mövqelərinə görə, bundan öncə 31 nəfər Parlament nümayəndəsi bu ölkənin Tehrandakı səfirliyinin bağlanmasını Xarici İşlər Nazirliyindən tələb etmişdi, buna baxmayaraq görürük ki, səfirlik İrana zidd mövqelərini hələ də davam etdirir.

"Xarici İşlər Nazirliyi bu kimi məsələləri diqqət mərkəzinə almalı və Britaniya səfirinin ölkədən çıxarılması məsələsini gündəmdə saxlamalıdır", - deyə Kövsəri bildirib.

Xəbər lenti

Xəbər lenti