İranın Fars əyalətində güclü zəlzələ baş verib

Bazar ertəsi günorta saatlarında İranın Fars əyalətinin Kazerun şəhərində Rixter cədvəli üzrə 5,9 bal gücündə zəlzələ baş verib. Məlumatı İranın MEHR xəbər agentliyi yayıb.
Bəzi İran KİV-ləri Fars əyalətində baş vermiş zəlzələnin 6,1 bal gücündə olduğunu bildirir.
Zəlzələ yerli vaxtla saat 14:52-də baş verib. Bundan başqa, bu gün səhər İranın Türkiyə ilə sərhəd Qərbi Azərbaycan əyalətində də yerli vaxtla saat 07:56-da Rixter cədvəli üzrə 4,1 bal gücündə zəlzələ baş verib.
Hələlik hər iki zəlzələ nəticəsində ölən, yaralananlar və zəlzələnin vurduğu ziyan barədə məlumat yoxdur.