...

Rusiya hərbi vertolyotları Gürcüstanın hava sərhədini pozublar

Dünya xəbərləri Materials 8 Sentyabr 2011 14:23 (UTC +04:00)
Rusiyanın üç Mİ-8 hərbi vertolyotu Gürcüstanın hava sərhədini pozub. Trend-in məlumatına görə, bu barədə Gürcüstan XİN-in bu gün yaydığı məlumatda deyilir.
Rusiya hərbi vertolyotları Gürcüstanın hava sərhədini pozublar

Gürcüstan, Tbilisi, 8 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Rusiyanın üç Mİ-8 hərbi vertolyotu Gürcüstanın hava sərhədini pozub. Trend-in məlumatına görə, bu barədə Gürcüstan XİN-in bu gün yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, hadisə sentyabrın 7-də Tbilisi vaxtı ilə saat 13:05-də Şatili kəndi ərazisində baş verib. Rusiya vertolyotları 3 kilometr məsafəyə qədər Gürcüstan ərazisinə soxulublar və 15 dəqiqə müddətində Gürcüstanın hava məkanında qalıblar.

Gürcüstan XİN bu faktı Rusiyanın "Gürcüstan hökuməti, onun ərazi bütövlüyü və suverenliyinə zərər yetirmə" siyasətinin davamı kimi qiymətləndirir.

"Belə hərəkətlər Gürcüstan tərəfdən bənzər cavabı provokasiya etmək hədəfi güdür, lakin Gürcüstan tərəfi müharibənin yenidən başlamaması prinsipinə sadiq qalır və bu hadisədə təmkinli davranıb", - bəyanatda deyilir və vurğulanır ki, "vəziyyətin ağırlaşması Gürcüstanın xeyrinə deyil".

Gürcüstan XİN beynəlxalq ictimaiyyəti Rusiyanın təxribatçı davranışlarına "bənzər cavablar" verməyə çağırıb.

2008-ci il avqustun 8-nə keçən gecə tanınmamış "Cənubi Osetiya Respublikası"nda irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Sxinvaliyə daxil olub. Sonradan rus qoşunları Sxinvalini tutub və gürcü hərbçiləri Gürcüstan ərazisinə sıxışdırıblar. Avqustun sonlarında Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb. Buna cavab olaraq, Tbilisi Moskva ilə diplomatik münasibətləri pozub və iki tanınmamış respublikanı işğal olunmuş ərazi elan edib.

Xəbər lenti

Xəbər lenti