Azərbaycan, Bakı, 19 may /Trend/
Şənbə günü səhər tezdən Türkiyənin yük gəmisi İon dənizində batıb, dörd nəfər itkin düşüb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti Yunanıstanın sahil mühafizəsinə istinadən xəbər verir.
Məlumata görə, gəmi çevrilib və Zakinf adası ilə Peloponnes yarımadası arasındakı boğazda batıb.
"Gəmidə ilkin məlumata görə, Türkiyə vətəndaşlarından ibarət 10 nəfərlik komanda olub. Onlardan dördü itkin düşüb, altısı xilas edilərək xəstəxanaya yerləşdirilib", - xidmətin nümayəndəsi bildirib.
Xilasetmə əməliyyatında sahil mühafizəsinin gəmisi, yunan HHQ təyyarəsi, xilasetmə helikopteri və keçən gəmilər iştirak edir.
Sahil mühafizəsi qəzanın yükün yerini dədyişməsi səbəbindən baş verdiyini güman edir. Gəmi zeytun çəyirdəyi yanacağı ilə yüklənmişdi.