...

Serj Sarkisyan: Gürcüstanla əlaqələrin genişlənməsində maraqlıyıq

Dünya xəbərləri Materials 8 Mart 2013 12:02 (UTC +04:00)
Ermənistan Prezidenti Serj Sarkisyan Gürcüstanın müdafiə naziri İrakli Alasaniyanı qəbul edib.
Serj Sarkisyan: Gürcüstanla əlaqələrin genişlənməsində maraqlıyıq

Azərbaycan, Bakı, 8 mart /Trend/

Ermənistan Prezidenti Serj Sarkisyan Gürcüstanın müdafiə naziri İrakli Alasaniyanı qəbul edib. Trend-in məlumatına görə, bu barədə cümə günü "Armenia-Today" Ermənistan prezidentinin mətbuat xidmətinə istinadən xəbər yayıb.

Görüş zamanı Serj Sarkisyan vurğulayıb ki, Ermənistan Gürcüstanla əlaqələrin genişlənməsində maraqlıdır və müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər buna imkan yaradır.

İrakli Alasaniya həmkarı Seryan Ohanyanla keçirilmiş görüşün nəticələri haqqında danışarkən qeyd edib ki, görüş zamanı hər iki tərəf arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Gürcüstanın baş naziri Bidzina İvanaşvilinin yanaşmalarına, yürütdüyü siyasətə istinad edən İrakli Alasaniya qeyd edib ki, Ermənistanla strateji əlaqələrin genişləndirilməsi Gürcüstanın prioritet məsələlərindən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti