...

Türkiyə Prezidenti: Kürd məsələsinin həlli zamanı ehtiyatlı və dözümlü olmaq lazımdır

Dünya xəbərləri Materials 24 Aprel 2013 07:37 (UTC +04:00)
Kürd məsələsinin həlli zamanı ehtiyatlı və dözümlü olmaq lazımdır, Anadolu agentliyi Türkiyə Prezidenti Abdullah Gülə istinadən məlumat verir.
Türkiyə Prezidenti: Kürd məsələsinin həlli zamanı ehtiyatlı və dözümlü olmaq lazımdır

Azərbaycan, Bakı, 24 apreldə / Trend /

Kürd məsələsinin həlli zamanı ehtiyatlı və dözümlü olmaq lazımdır. Ba barədə "Anadolu" agentliyi Türkiyə Prezidenti Abdullah Gülə istinadən məlumat verir.

"Biz hər şeyə çəhrayı eynəklərin arasından baxmamalıyıq", - Gül kürd məsələsinin həlli prosesi ilə əlaqədar müxbirlərə bildirib.

Barış və Demokratiya Partiyasından (BDP) olan millət vəkili Sirri Süreyya Önder bundan əvvəl bildirib ki, PKK aprelin 25-dən sonra Türkiyəni tərk edəcək.

Həmçinin Prezident Gül vurğulayıb ki, həll prosesi tam tərk-silah ediləndən sonra davam ediləcək.

Qeyd edək ki, Türkiyə ilə terrorçu Kürd Fəhlə Pariyası (PKK) arasında 25 ildən çoxdur davam edən münaqişə nəticəsində 40 mindən artıq insan həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti