...

Bağdadda və onun ətraflarında terror aktları nəticəsində bir gün ərzində 14 nəfər həlak olub

Dünya xəbərləri Materials 7 İyun 2013 06:16 (UTC +04:00)
Bağdadda və onun ətraflarında cümə axşamı 14 nəfər bir sıra terror aktlarının qurbanı olub, həmçinin 7 polis əməkdaşı, onlarla insan zərər çəkib.
Bağdadda və onun ətraflarında terror aktları nəticəsində bir gün ərzində 14 nəfər həlak olub

Azərbaycan, Bakı, 7 iyun /Trend/

Bağdadda və onun ətraflarında cümə axşamı 14 nəfər bir sıra terror aktlarının qurbanı olub, həmçinin 7 polis əməkdaşı, onlarla insan zərər çəkib. Bu barədə Trend İTAR-TASS agentliyinə istinadən məlumat verir.

Ən ağır terror hücumlarından biri terrorçu tərəfindən Taci rayonundakı /Bağdaddan 20 kilometr şimala tərəf/ polis bölməsinin binasına çırpılan və partladılan avtomobil olub. Partlayış nəticəsində 7 polis nəfəri həlak olub, ondan çox insan yaralanıb.

Paytaxtdan 30 kilometr cənub-şərqdə yerləşən və əsasən şiələr yaşayan Naxravan şəhərciyində minalanmış avtomobil partladılıb, nəticədə üç yerli sakin həlak olub və təxminən 20 nəfər zərər çəkib.

Bağdadın şiələr yaşayan El-Bayya məhəlləsində analoji hücum baş verib, burada minalanmış avtomobilin havaya qalxması nəticəsində iki nəfər ölüb və doqquz nəfər yaralanıb.

Son aylarda İraqda zorakılıq dalğası aşıb, nəticədə yüzlərlə insan bunun qurbanı olub. BMT-nin məlumatına görə, yalnız mayda terror aktları və döyüşçülərin hücumu mindən çox insan həyatını aparıb.

Xəbər lenti

Xəbər lenti