...

Qırğızıstan və Azərbaycan gömrük xidmətləri əməkdaşlığı genişləndirmək niyyətindədirlər

Dünya xəbərləri Materials 30 Avqust 2013 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 avqust /Trend /

Qırğızıstan və Azərbaycan gömrük xidmətləri əməkdaşları genişləndirəcək və möhkəmləndirəcək. Bu barədə Qırğızıstan Gömrük Xidmətinin sədri Adamkul Junusovun Azərbaycan Qırğızıstandakı səfiri Hidayət Orucovla görüşü zamanı bildirilib. Trend-in məlumatına görə, bu barədə "Tazabek" agentliyi cümə günü DHX mətbuat xidmətinə istinadən məlumat yayıb.

Tərəflər MDB-yə üzv ölkələrin gömrük xidmətlərinin rəhbərləri Şurasının, Dünya Gömrük Təşkilatı - DGT Avropa regionu gömrük administrasiyalarının iclasının, İqtisadi Əməkdaşlıq Təşkilatının Gömrük xidmətləri rəhbərlərinin Şurası və AİB-nin maliyə dəstəyi ilə CAREC (Mərkəzi Asiya Regional Əməkdaşlıq Təşkilatı) yanında gömrük komitələrinin əməkdaşlığı Şurası çərçivəsində çoxtərəfli aktiv fəaliyyəti vurğulayıblar.

Azərbaycanın gömrük xidməti ilə ikitərəfli əməkdaşlıq Qırğızıstan və Azərbaycanın gömrük xidmətləri arasında 2004-cü il dekabrın 3-də Bakıda imzalanan "Gömrük işlərində əməkdaşlqı və qarşılıqlı yardım haqqında" sazişə əsaslanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti