...

Ermənistanda təbii qazın baha olması ağacların qanunsuz kəsilməsi hallarını artırıb

Dünya xəbərləri Materials 7 Fevral 2014 15:10 (UTC +04:00)
Ermənistanda ağacların qanunsuz kəsilməsi halları artıb.
Ermənistanda təbii qazın baha olması ağacların qanunsuz kəsilməsi hallarını artırıb

Azərbaycan, Bakı, 7 fevral /Trend/

Ermənistanda ağacların qanunsuz kəsilməsi halları artıb. Trend-in cümə günü tert.am-a istinadən verdiyi məlumata görə, ekoloqlar bunu qazın qiymətinin bahalaşması ilə əlaqələndirirlər.

Ekoloq İnqa Zarafyan qeyd edib ki, Yerevanın tam qazlaşdırılmasına baxmayaraq, bu il burada odun peçindən istifadə etməyə başlayıblar: "Ermənistanın bölgələrində qazdan istifadədən imtina halları kütləvi xarakter daşıyır".

O əlavə edib ki, rəsmi məlumata əsasən, bu qış qanunsuz kəsilən ağacların sayı ötən ilin göstəricisindən çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti