...

Turçinov: Donetsk vilayətinin şimalında antiterror əməliyyatı başlayıb

Dünya xəbərləri Materials 15 Aprel 2014 13:42 (UTC +04:00)
Çərşənbə axşamına keçən gecə Donetsk vilayətinin şimalında antiterror əməliyyatı başlayıb.
Turçinov: Donetsk vilayətinin şimalında antiterror əməliyyatı başlayıb

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Çərşənbə axşamına keçən gecə Donetsk vilayətinin şimalında antiterror əməliyyatı başlayıb. Bu barədə Ali Radanın spikeri, Ukraynanın müvəqqəti Prezidenti Aleksandr Turçinov parlamentdə çıxışı zamanı deyib. Trend-in məlumatına görə, bu barədə "İnterfaks-Ukrayna" xəbər yayıb.

Turçinov bildirib: "Bu gecə Donetsk vilayətinin şimalında antiterror əməliyyatı başlayıb. Lakin əməliyyat mərhələli, məsuliyyətli, ölçülüb-biçilmiş şəkildə aparılacaq. Bu əməliyyatların məqsədi, bir daha qeyd edirəm, Ukrayna vətəndaşlarını müdafiə etməkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti