...

Genişlənmə məsələləri üzrə Avropa komissarı Türkiyəyə səfər edəcək

Dünya xəbərləri Materials 14 İyun 2014 03:39 (UTC +04:00)
Genişlənmə məsələləri və qonşuluq siyasəti üzrə Avropa komissarı Ştefan Füle iyunun 16-da Türkiyəyə rəsmi səfər edəcək.
Genişlənmə məsələləri üzrə Avropa komissarı Türkiyəyə səfər edəcək

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Genişlənmə məsələləri və qonşuluq siyasəti üzrə Avropa komissarı Ştefan Füle iyunun 16-da Türkiyəyə rəsmi səfər edəcək. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Səfər zamanı Türkiyə prezidenti Abdullah Gül, XİN rəhbəri Əhməd Davudoğlu və bir sıra digər yüksək vəzifəli şəxslər ilə görüşlər nəzərdə tutulub.

Füle həmçinin ölkənin QHT nümayəndələri ilə görüşəcək.

Türkiyənin Aİ-yə daxil olmasına dair rəsmi danışıqlar 2005-ci ildə başlayıb.

Xəbər lenti

Xəbər lenti