...

Yunanıstanda koalisiya

Dünya xəbərləri Materials 26 Yanvar 2015 17:33 (UTC +04:00)
Yunanıstanda hakim koalisiya yaradılıb.
Yunanıstanda koalisiya

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir Məftun Salmanov/

Yunanıstanda hakim koalisiya yaradılıb.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata əsasən, solçu SİRİZA və sağ-mərkəzçi "Müstəqil yunanlar" partiyası yeni blokun formalaşdırılması barədə razılığa gəliblər.

"Müstəqil yunanlar" partiyasının lideri Panos Kammenos bildirib ki, yeni hökumətdə təsmil etdiyi partiyaya bir neçə nazirlik vəd edilib.

SİRİZA-nın lideri Aleksis Sipras bu gün Yunanıstan Prezidentinin qəbulunda olacaq, and içəcək və yeni kabinetin tərkibini elan edəcək.

Qeyd edək ki, ötən gün Yunanıstanda keçirilmiş parlament seçkilərində Radikal Solçu Qüvvələr Koalisiyası (SİRİZA) parlamentdə 149 yer əldə edib. Hökuməti təkbaşına formalaşdırmaq üçün SİRİZA-nın iki mandatı çatmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti