Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/
Fətullah Gülən hərəkatı Türkiyədə islam inqilabi planlaşdırırdı, F.Gülənin özü isə ölkəyə inqilabın lideri kimi qayıtmaq niyyətində olub. Trend-in çərşənbə günü Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib.
Nazir qeyd edib ki, buna baxmayaraq, Türkiyə hökuməti ölkədə bütün dövlət çevrilişlərinə cəhdin qarşısını ala bilib.