Bakı. Orxan Quluzadə - Trend:
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın görüşü 2017-ci ilin əvvəlində baş tutacaq.
Trend-in Türkiyə xarici işlər nazirliyinin saytına istinadən verdiyi məlumata görə, görüş Türkiyə-Rusiya yüksək səviyyəli əməkdaşlıq Şurasının beşinci iclası çərçivəsində keçiriləcək.
Nazirliyin məlumatına görə, dekabrın 1-i hər iki ölkənin xarici işlər nazirləri – Sergey Lavrov və Mövlud Çavuşoğlu Şuranın iclasına hazırlıq çərçivəsində görüşəcək.