Bakı. Elmira Tarıverdiyeva - Trend:
İranda nikahların 17 faizi 18 yaşından kiçik qızlarla bağlanır. Trend-in məlumatına görə, bunu Tehranda keçirilən konfrans zamanı Zəhra Kahram deyib.
Onun sözlərinə görə, nikahların 5 faizi zamanı nikaha girənlər arasında yaş fərqi 15 yaş olur.
Z.Kahram bu nəticələrin yay və payızda ölkənin 17 əyalətində aparılan tədqiqatlardan sonra əldə olunduğunu vurğulayıb.