...

Dörd ölkə Qətərlə diplomatik əlaqələri kəsib (YENİLƏNİB)

Dünya xəbərləri Materials 5 İyun 2017 07:25 (UTC +04:00)
BƏƏ, Bəhreyn və Səudiyyə Ərəbistanı Qətərlə diplomatik əlaqələti kəsib
Dörd ölkə Qətərlə diplomatik əlaqələri kəsib (YENİLƏNİB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 06:48-də yayılıb)

Bakı. Trend:

BƏƏ, Bəhreyn və Səudiyyə Ərəbistanı Qətərlə diplomatik əlaqələti kəsib.

Trend-in "Associated Press" agentliyinə istinadən verdiyi xəbərə görə, Ərəb ölkələri bu addımı Qətərin Bəhreyinin daxili işinə qarışdığı üçün atıblar.

"Xinhua" agentliyi qeyd edir ki, Misir həmçinin eyni səbəbə görə Qətərlə diplomatik münasibətlə son qoyub.

Eyni zamanda, Bəhreyn öz vətəndaşlarına Qətərə səfər etməyi qadağan edib və bu ölkənin diplomatlarına Krallığın ərazisini tərk etmək üçün 48 saat vaxt verib. Bundan başqa, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası tərəfindən Yəməndə keçirilən əməliyyatlarda da Qətərin iştirakı dayandırılıb.

X X X

06:48

Bəhreyn Krallığı Qətərlə diplomatik əlaqələri kəsib.

Trend-in Krallığın rəsmi agentliyinə istinadən verdiyi xəbərə görə, əlaqələrin kəsilməsinin əsəs səbəbi Qətərin Bəhreyinin daxili işinə qarışması olub.

"Krallığın daxili işinə qarışdığı, KİV-lərdə təxribat yaratdığı, terrorçulara dəstək verdiyi üçün Qətərlə diplomatik əlaqələri kəsirik" - deyə Bəhreyinin dövlət agentliyi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti