...

İtaliya İranda dəmir yolu tikəcək

Dünya xəbərləri Materials 13 İyul 2017 21:23 (UTC +04:00)
İran və İtaliyanın dövlət dəmir yol şirkətləri əməkdaşlıq haqqında qarşılıqlı anlaşma memorandumu imzalayıb
İtaliya İranda dəmir yolu tikəcək

Bakı. Elmira Tariverdiyeva - Trend:

İran və İtaliyanın dövlət dəmir yol şirkətləri əməkdaşlıq haqqında qarşılıqlı anlaşma memorandumu imzalayıb.

Trend-in məlumatına görə, sənəddə qeyd olunan əsas bəndlərdən biri İranda yüksək sürətli dəmir yolunun tikintisidir.

Memoranduma əsasən, İtaliya tərəfi İranda ilk mərhələdə 135 kilometr uzunluğunda Arak və Qum şəhərləri arasında yüksək sürətli dəmir yolu tikəcək.

Bundan başqa, tikinti layihəsinin ikinci mərhələsində Tehran və Həmədan şəhərləri arasında 320 kilometrlik dəmir yolunun tikintisi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti