...

İranda 5,2 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 24 İyul 2017 02:54 (UTC +04:00)
İranın cənub-şərq hissəsində 5,2 bal gücündə zəlzələ baş verib
İranda 5,2 bal gücündə zəlzələ olub

Bakı. Trend:

İranın cənub-şərq hissəsində 5,2 bal gücündə zəlzələ baş verib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda ABŞ-ın Geoloji xidməti xəbər verir.

Yeraltı təkanlar UTC vaxtı ilə 17.32 radələrində qeydə alınıb. Zəlzələnin episentri Kirman şəhərindən 43 kilometr şərqdə olub. Zəlzələnin ocağı 40,6 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti