...

Sinqapurda ilk qadın prezidentin inauqurasiyası keçirilib

Dünya xəbərləri Materials 14 Sentyabr 2017 18:43 (UTC +04:00)

Bakı. Trend:

Sinqapurda cümə axşamı ölkənin ilk qadın prezidenti Halima Yakobun inauqurasiya mərasimi keçirilib.

Trend-in məlumatına görə, təntənəli andiçmə mərasimi ölkə baş naziri Li Syan Lunanın, Nazirlər Kabineti üzvlərinin, məhkəmə orqanları işçilərinin iştirakı ilə "İstana" adlı prezident sarayında keçirilib.

Prezident seçiləndən sonra özünün ilk çıxışı zamanı o, prezident kimi əsas məqsədinin Sinqapur xalqının birliyini təmin etmək olduğunu söyləyib.

Xəbər lenti

Xəbər lenti