...

Londondakı terror aktı ilə əlaqədar daha bir nəfər saxlanılıb

Dünya xəbərləri Materials 21 Sentyabr 2017 06:11 (UTC +04:00)
Böyük Britaniyada London metrosundakı terror aktı ilə əlaqədar daha bir nəfər saxlanılıb
Londondakı terror aktı ilə əlaqədar daha bir nəfər saxlanılıb

Bakı. Trend:

Böyük Britaniyada London metrosundakı terror aktı ilə əlaqədar daha bir nəfər saxlanılıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Skotland-Yardın məlumatında bildirilir.

Məlumata əsasən, saxlanılanın adı açıqlanmır. Ümumilikdə terror hadisəsi ilə əlaqədar 6 nəfər saxlanılıb.

Qeyd edək ki, 15 sentyabr səhər saatlarında Böyük Britaniyanın paytaxtı Londonda "Pasons Green" metrostansiyasında partlayış baş verib. Partlayış nəticəsində 30 nəfər xəsarət alıb. Partlayışa görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti