...

Ərdoğan: Bombalayacağıq...

Dünya xəbərləri Materials 15 Yanvar 2018 17:52 (UTC +04:00)
Türkiyə PYD və YPG terrorçularının mövqelərini bombalamağa davam edəcək.
Ərdoğan: Bombalayacağıq...

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə PYD və YPG terrorçularının mövqelərini bombalamağa davam edəcək.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı bildirib ki, Türkiyə PYD, YPG və regionda bütün terror təşkilatları ilə qətiyyətlə mübarizə aparacaq.

R.T.Ərdoğan vurğulayıb ki, ABŞ-ın PYD və YPG ilə bağlı mövqeyi yanlışdır.

Xatırladaq ki, ötən gün Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın PYD və YPG ilə əməkdaşlığının rəsmi Vaşinqtonun öhdəlikləri və bəyanatları ilə ziddiyyət təşkil etdiyini və Türkiyənin milli təhlükəsizliyini təhdid etdiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti