...

Siciliyada "Koza Nostra"ya qarşı əməliyyat - Mer saxlanıldı

Dünya xəbərləri Materials 22 Yanvar 2018 14:00 (UTC +04:00)
İtaliyanın Siciliya adasında Aqricento əyalətində mafiyaya qarşı polis əməliyyat keçirib.
Siciliyada "Koza Nostra"ya qarşı əməliyyat - Mer saxlanıldı

Bakı. Orxan Nəbiyev - Trend:

İtaliyanın Siciliya adasında Aqricento əyalətində mafiyaya qarşı polis əməliyyat keçirib.

Trend-in məlumatına görə, əməliyyat nəticəsində “Koza Nostra” mafiya qruplaşmasının 56 üzvü saxlanılıb.

Bildirilir ki, saxlananlar arasında “mafiya bossu”nun oğlu, eləcə də San Byaco Platani qəsəbəsinin meri də var.

Məlumata görə, 2014-cü ildə seçilmiş mer Santino Sabella seçki kampaniyası zamanı mafiya ilə əməkdaşlıqda biznes layihələrinin mafiyaya verilməsində ittiham olunur.

Xəbər lenti

Xəbər lenti