...

Afrin əməliyyatları daha 2 türk əsgərini yaraladı

Dünya xəbərləri Materials 24 Yanvar 2018 15:13 (UTC +04:00)
Türkiyənin Afrində keçirdiyi əməliyyatlar zamanı daha 2 hərbçisi yaralanıb.
Afrin əməliyyatları daha 2 türk əsgərini yaraladı

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Afrində keçirdiyi əməliyyatlar zamanı daha 2 hərbçisi yaralanıb. Trend-in məlumatına görə, yaralıların Suriya ilə sərhəddə Hatay vilayətində xəstəxanaya yerləşdirildiyi bildirilib. Yaralıların vəziyyəti barədə məlumat verilməyib.

Xatırladaq ki, daha öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etmişdi ki, Türkiyə Silahlı Qüvvələri və Suriya müxalifəti "Zeytun budağı" hərbi əməliyyatının ilk 4 günü ərzində 7-8 nəfər, düşmən isə 268 nəfər itki verib.

Qeyd edək ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Xəbər lenti

Xəbər lenti