...

PYD və YPG terrorçuları Suriyanın şimalındakı yaşayış məntəqəsini tərk edirlər

Dünya xəbərləri Materials 20 Fevral 2018 09:50 (UTC +04:00)
PYD və YPG terrorçuları Türkiyənin Mardin vilayəti ilə sərhəddə, Suriyanın şimalında yerləşən əl-Qamışlı yaşayış məntəqəsini tərk edirlər.
PYD və YPG terrorçuları Suriyanın şimalındakı yaşayış məntəqəsini tərk edirlər

Bakı. Rufiz Hafizoğlu - Trend:

PYD və YPG terrorçuları Türkiyənin Mardin vilayəti ilə sərhəddə, Suriyanın şimalında yerləşən əl-Qamışlı yaşayış məntəqəsini tərk edirlər.

Trend-in məlumatına görə, bu barədə Türkiyə KİV-ləri hərbi kəşfiyyatdakı mənbəyə istinadən yazır.

Məlumata əsasən, artıq ikinci gündür ki terrorçuların bölmələrinin şəhəri tərk etdiyi və cənub istiqamətində geri çəkildiyi müşahidə olunur.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti