...

Meksikada polislər üç italiyalını saxlayaraq cinayətkar qruplaşmaya təhvil veriblər

Dünya xəbərləri Materials 25 Fevral 2018 06:14 (UTC +04:00)
Meksikanın Xalisko ştatında 3 İtaliya vətəndaşı polislər tərəfindən oğurlanaraq cinayətkar qruplaşmaya təhvil verilib
Meksikada polislər üç italiyalını saxlayaraq cinayətkar qruplaşmaya təhvil veriblər

Bakı. Trend:

Meksikanın Xalisko ştatında 3 İtaliya vətəndaşı polislər tərəfindən oğurlanaraq cinayətkar qruplaşmaya təhvil verilib.

Trend-in məlumatına görə, bu barədə ştatın prokurorluğunun məlumatında deyilir.

Məlumata əsasən, italiyalıların oğurlanmasında şübhəli bilinən polislər artıq müəyyən edilib: "İtalyanların itkin düşməsində şübhəli bilinən 4 nəfər saxlanılıb. Onlar Tekalitlana bələdiyyəsinin polisinin əməkdaşlarıdır. Onlar bildirib ki, italyalıları cinayətkar qruplaşmaya təhvil veriblər".

Bildirilir ki, onları 40-60 il həbs cəzası gözləyir. Hazırda prokurorqluq əcnəbilərin axtarışını davam etdirir.

Qeyd edək ki, yanvarın 31-də Meksikada 3 İtaliya vətəndaşı itkin düşüb. Onların qohumları tərəfindən prokurorluğa bu barədə fevralın 1-də məlumat verilib. İtkin düşənlərin hamısı İtaliyanın Neapol şəhərinin sakinləridir. Onlar itkin düşməzdən əvvəl telefonla qohumlarına polislər tərəfindən saxlanıldıqlarını bildiriblər. Bundan sonra onlarla əlaqə kəsilib.

Xəbər lenti

Xəbər lenti