...

Bill Geyts Trampın elm üzrə məsləhətçisi olmaqdan imtina etdi

Dünya xəbərləri Materials 1 May 2018 11:24 (UTC +04:00)

Bakı. Trend:

“Microsoft” şirkətinin təsisçisi Bill Geyts ABŞ Prezidenti Donald Trampın elm üzrə məsləhətçisi olmaqdan imtina edib.

Trend-in məlumatına görə, bu barədə B.Geyts özü deyib.

O bildirib ki, D.Trampla görüşü zamanı universal qrip peyvəndlərinin hazırlanması barədə müzakirə aparırmış. B.Geyts bu proqrama 12 milyon dollar ayırmağa hazır olduğunu bildirib.

Daha sonra B.Geyts elm üzrə məsləhətçi vəzifəsinin yaradılmasını təklif edib, amma D.Tramp bu vəzifə üçün ona etdiyi təklifi qəbul etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti