...

Yaponiyada təyyarə qəzası - 73 yaşlı pilot huşsuz xəstəxanaya çatdırıldı

Dünya xəbərləri Materials 14 İyul 2018 12:05 (UTC +04:00)
Yaponiyanın Mito şəhərində yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.
Yaponiyada təyyarə qəzası - 73 yaşlı pilot huşsuz xəstəxanaya çatdırıldı

Bakı. Trend:

Yaponiyanın Mito şəhərində yüngülmühərrikli təyyarə qəzaya uğrayıb. Trend-in məlumatına görə, qəza nəticəsində sükan arxasında olan şəxs huşsuz vəziyyətə düşüb.

Təyyarə səhralıq ərazidə qəzaya uğrayıb. Huşsuz vəziyyətdə aşkar edilən 73 yaşlı şəxs xəstəxanaya yerləşdirilib.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb. Təyyarənin hansı marşrut üzrə hərəkət etməsi və qəzanın hansı səbəbdən baş verməsi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti