Bakı. Trend:
“Ryanair” aşağı büdcəli aviaşirkətin əməkdaşlarının tətili ilə əlaqədar Almaniyada 250 aviareys ləğv edilib.
Trend-in məlumatına görə, pilotlar iş şərtlərinin yaxşılaşdırılması tələbi ilə tətilə başlayıb.
Bundan başqa, Belçikada da "Ryanair" əməkdaşları avqustun 10-a tətil elan edib.
Bu ölkədə 100-dən çox reysin ləğv olunacağı elan edilib.