...

ABŞ, Kanada və Meksika yeni ticari saziş imzalayacaq

Dünya xəbərləri Materials 1 Oktyabr 2018 08:57 (UTC +04:00)
ABŞ, Kanada və Meksika üçtərəfli saziş haqqında razılığa gəlib
ABŞ, Kanada və Meksika yeni ticari saziş imzalayacaq

Bakı. Tural Turan - Trend:

ABŞ, Kanada və Meksika üçtərəfli saziş haqqında razılığa gəlib. Trend-in məlumatına görə, bu barədə Kanada hökumətinin saytında məlumat yayılıb.

Yeni saziş USMCA (ABŞ, Meksika, Kanada) adlanacaq. Bəyanatda deyilir ki, USMCA işçilərə, fermerlərə, ranço fəhlələrinə yeni standartlara əsaslanan ticari saziş verəcək. Bu sazişin nəticəsində bazarlar daha da azad olacaq, daha ədalətli ticarət və regionda dayanıqlı iqtisadi inkişaf olacaq.

Saziş orta sinfi möhkəmləndirəcək, yaxşı əmək haqqı olan yerlər yaradacaq və yarım milyarda yaxın insana yeni imkanlar verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti