...

Venesuelada miqrasiya polisi yaradılıb

Dünya xəbərləri Materials 6 Oktyabr 2018 03:29 (UTC +04:00)
Venesuelanın prezidenti Delsi Rodriges ölkədə miqrasiya polisinin işə başlamasını bəyan edib.
Venesuelada miqrasiya polisi yaradılıb

Bakı. Trend:

Venesuelanın prezidenti Delsi Rodriges ölkədə miqrasiya polisinin işə başlamasını bəyan edib.

Trend-in məlumatına görə, miqrasiya polisi sərhədlərdə, liman və aeroportlarda 72 sərhəd buraxılış məntəqəsində fəaliyyət göstərəcək.

D.Rodriges bildirib: "Miqrasiya polisi ondan ötrü yaradılıb ki, bu xidətin inzibati olduğu digər ölkələrdəki kimi vətəndaşların təhlükəsizliyini və miqrasiya nəzarətini qorusun".

Prezident həmçinin xarici pasportların qiymətini açıqlayıb və qeyd edib ki, o "petro" kriptovalyutasına bağlı olacaq: "Yeni xarici pasportun qiyməti 2 "petro" və yaxud 7,2 min suveren bolivar təşkil edəcək. Pasportun müddətinin uzadılması 3,6 min bolivar və yaxud 1 "petro" təşkil edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti