Bakı. Trend:
"Microsoft" korporasiyasının təsisçilərindən biri Pol Allen 66 yaşında vəfat edib.
Trend-in KİV-lərə istinadən verdiyi məlumata əsasən, Allenin ölümünə səbəb xərçəng xəstəliyi olub.
Allen ABŞ-ın ən varlı insanları sırasında idi. Onun kapitalı təxminən 17,5 milyard dollar həcminə qiymətləndirilirdi.