...

Konqoda Ebola virusundan ölənlərin sayı 402 nəfərə çatıb

Dünya xəbərləri Materials 16 Yanvar 2019 06:15 (UTC +04:00)
Konqo Demokratik Respublikasında 2018-ci ilin iyul ayının sonundan Ebola virusundan ölənlərin sayı sayı 402 nəfərə çatıb
Konqoda Ebola virusundan ölənlərin sayı 402 nəfərə çatıb

Bakı. Trend:

Konqo Demokratik Respublikasında 2018-ci ilin iyul ayının sonundan Ebola virusundan ölənlərin sayı sayı 402 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə Konqonun səhiyyə nazirliyinin "Twitter" səhifəsində bildirilir.

Nazirliyin məlumatında deyilir: "Çərşənbə axşamı, 2019-cu il yanvarın 15-i üçün vəziyyət: 658 yoluxma halı, 609-u təsdiqlənib, 49-u isə mümkün. Virusun yayılması nəticəsində 402 nəfər həlak olub, 237 nəfər müalicə edilib, 200 şübhəli hal araşdırılır".

Bildirilir ki, avqustun 8-dən ölkədə 60460 nəfər vaksiyasiyadan keçib.

Xəbər lenti

Xəbər lenti