...

CAR-da mədən partladı - Dağıntılar altında qalanlar var

Dünya xəbərləri Materials 7 Fevral 2019 15:56 (UTC +04:00)
Cənubi Afrika Respublikasında mədənlərin birində partlayış baş verib
CAR-da mədən partladı - Dağıntılar altında qalanlar var

Bakı. Trend:

Cənubi Afrika Respublikasında mədənlərin birində partlayış baş verib.

Trend-in məlumatına görə, dağıntılar altında 20 nəfər qalıb.

Qeyd olunur ki, 42 nəfərdən ibarət qrup avadanlığı oğurlamaq üçün mədənə daxil olub və bu zaman içərisində metan qazı olan qurğu partlayıb.

Həmin qrupdan 20 nəfər mədəndən çıxa bilib. Hazırda digər şəxslərin xilas olunması üçün əməliyyat keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti