...

Kəşmirdə dayanacaq partladıldı - Yaralılar var

Dünya xəbərləri Materials 7 Mart 2019 12:27 (UTC +04:00)
Hindistanın Cammu və Kəşmir ştatında avtobus dayanacağında partlayış baş verib
Kəşmirdə dayanacaq partladıldı - Yaralılar var

Bakı. Trend:

Hindistanın Cammu və Kəşmir ştatında avtobus dayanacağında partlayış baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı 18 nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin ağır olmadığı deyilir.

Qeyd olunur ki, naməlum şəxslər avtobus dayanacağa yaxınlaşarkən qumbara partladıb.

Hazırda həmin şəxslərin axtarışları aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti