...

Belçika və Niderlandı dağıdan “Eberhard” Almaniyaya çatdı

Dünya xəbərləri Materials 11 Mart 2019 11:49 (UTC +04:00)
Belçika və Niderland ərazisində tüğyan etmiş “Eberhard” qasırğası Almaniya ərazisinə çatıb
Belçika və Niderlandı dağıdan “Eberhard” Almaniyaya çatdı

Bakı. Trend:

Belçika və Niderland ərazisində tüğyan etmiş “Eberhard” qasırğası Almaniya ərazisinə çatıb.

Trend-in məlumatına görə, təbiət hadisəsi nəticəsində ölkənin qərbindəki Zauerland əyalətində bir nəfər həlak olub.

Qeyd olunur ki, güclü küləyin qopardığı ağac həmin şəxsin olduğu avtomobilin üzərinə düşüb.

Bundan başqa, Almaniyanın Şimali Reyn – Vestfaliya torpağından Amsterdama, eləcə də Niderland və Belçikanın digər şəhərlərin dəmir yolu reysləri dayandırılıb.

Almaniyanın Manheym və Ştutqart şəhərlərində də yıxılan ağaclar avtomobil yollarının müvəqqəti bağlanmasına səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti