Bakı. Trend:
Ekvadorun Manabi əyalətində kokain partiyası daşıyan təyyarə qəzaya uğrayıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, təyyarənin xarici ölkəyə məxsus qeydiyyatə olub və göyərtəsində 2 nəfər olub.
Qəza nəticəsində göyərtədə olan 2 nəfər xəsarət alıb və xəstəxanaya çatdırılıb.
Bildirilir ki, xəsarət alan şəxslər ifadə verməkdən imtina edir və onların vətəndaşlığını müəyyən etmək olmayıb.
Qeyd edilir ki, təyyarə qəzaya uğrayandan sonra alışıb və kokainin bir hissəsi hadisə yerində yanıb.