Bakı. Trend:
Avstriya hökuməti yüksək dağlıq ərazilərdə, eləcə də düzənliklərdə istirahət etmək istəyən turistlər üçün xüsusi qanun hazırlayır.
Trend-in məlumatına görə, yeni qanunda turistlərin həmin ərazilərdə rast gəldikləri iribuynuzlu mal-qara ilə özünü necə aparmalı olduqları bəyan olunacaq. Sənədin hazırlanması turistlərin təhlükəsizliyi baxımından vacib hesab olunur.
Qanunun qəbulu ötən ay İnsburk şəhərində almaniyalı turist qadının inəyin hücumuna məruz qalaraq ölməsi hadisəsindən sonra gündəmə gəlib.
Xatırladaq ki, həmin inəyin sahibi olan fermer bir neçə min avro məbləğində cərimələnmişdi.