Bakı. Trend:
Türkiyədə bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə başa çatıb.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, Adıyaman, Ağrı ,Artvin, Bingöl, Duyarbəkir, Elazığ, Ərzincan, Ərzurum, Qaziantep, Giresun, Gümüşhane, Hakkari, Kars, Malatya, Kahramanmaraş, Mardin, Muş, Ordu, Rize, Siirt, Sivas, Trabzon, Tunceli, Şanlıurfa, Van, Bayburt, Batman, Şirnak, Ardahan, İğdır və Kilis əyalətlərində səsvermə yerli vaxtla saat 07:00-da başlayıb və 16:00-da yekunlaşıb.
Digər əyalətlərdə səsvermə yerli vaxtla saat 17:00-da yekunlaşıb.
Qeyd edək ki, bu gün Türkiyədə bələdiyyə seçkiləri keçirilir. Seçkilərdə 13 partiya iştirak edir.
Seçkilərə hakim Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Səadət Partiyası, Müstəqil Türkiyə Partiyası (Bağımsız Türkiye Partisi), Türkiyə Kommunist Partiyası, Vətən Partiyası, Böyük Birlik Partiyası, Azad Mübarizə Partiyası (Hür Dava Partisi), Demokrat Partiya, "İYİ Parti", Xalqların Demokratik Partiyası və Demokratik Solçu Partiyası qatılıblar.
Daha əvvəl Prezident Ərdoğan keçmiş iqtisadiyyat nazir Nihat Zeybekçinin namizədliyini İzmir bələdiyyə başçısı, Binəli Yıldırımın namizədliyini isə İstanbul bələdiyyə başçısı postuna irəli sürüb.
Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri beş ildən bir keçirilir.