Bakı. Trend:
Barselonanın hava limanında "Iberia" aviaşirkətinin işçiləri tətil elan ediblər.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, işçilərin tətil etməsi səbəbindən hava limanında 62 reys ləğv edilib.
Ölkənin bütün hava limanlarına nəzarət edən "Aena" İspaniya dövlət şirkətindən bildiriblər ki, 2 reys digər hava limanında həyata keçirilib, bir çox reys isə təxirə salınıb.
Şirkətin məlumatına əsasən, iyulun 28-i işçilərin tətili səbəbindən 73 reysin təxirə salınması nəzərdə tutulur.