...

ABŞ-a elə qar yağdı ki, fövqəladə vəziyyət elan olundu

Dünya xəbərləri Materials 30 Sentyabr 2019 09:38 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Montana ştatında tüğyan edən güclü qar qasırğası fəsadlara yol açıb. Trend-in məlumatına görə, qasırğa ilə əlaqədar qubernator Stiv Bullok ştatın ərazisində fövqəladə vəziyyət elan edib.

Qubernator bu qərarın sentyabr ayında qəfil yağan güclü qar səbəbindən sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə verildiyini deyib.

Ştatın bəzi rayonlarında yağan qarın hündürlüyünün 100 sm olduğu qeyd edilir. Güclü qar ştatda elektrik təchizatında problemlər yaradıb, yollar bağlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti