...

Qəzza zolağından İsrailə 360 raket buraxılıb

Dünya xəbərləri Materials 14 Noyabr 2019 00:24 (UTC +04:00)
12 noyabr səhər saatlarından başlayaraq 13 noyabr saat 17:30-dək Qəzza zolağından İsrailə 360-a yaxın raket buraxılıb
Qəzza zolağından İsrailə 360 raket buraxılıb

Bakı. Trend:

12 noyabr səhər saatlarından başlayaraq 13 noyabr saat 17:30-dək Qəzza zolağından İsrailə 360-a yaxın raket buraxılıb.

Trend-in "Ria Novosti"yə istinadən verdiyi məlumata görə, bunu İsrail ordusunun mətbuat xidməti xəbər verib.

Məlumatda raketlərin 60 faizinin açıq sahələrə düşdüyü deyilir.

Noyabrın 1-i səhər saatlarında raket hücumuna qarşı xəbərdarlıq siqnalları İsrailin Qəzza zolağına bitişik rayonlarında və Aşkelonda səslənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti