...

Xorvatiyada daha bir nəfər koronavirusa yoluxub

Dünya xəbərləri Materials 1 Mart 2020 05:01 (UTC +04:00)
Xorvatiyada daha bir nəfər koronavirusa yoluxub

Bakı. Trend:

Xorvatiyada daha bir nəfər yeni növ koronavirusa yoluxub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ölkənin səhiyyə naziri Villi Beroş deyib.

V.Beroş bildirib: "Ölkədə daha bir yoluxma halı qeydə alınıb, daha iki Xorvatiya vətəndaşının analizlərinin cavabları gözlənilir".

Beləliklə, Xorvatiyada yeni növ koronavirusa yoluxanların sayı 6 nəfərə çatıb.

Qeyd edək ki, Çində yeni növ koronavirusa 79,8 min nəfər yoluxub, onlardan 2870 nəfəri ölüb, 41,8 mindən çoxu isə sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti